Ssenari müəllifi Millət Vəkili Aqil Abbas olan “Dolu” bədii filminə baxış keçirilmişdir.
17 mart 2013-cü il tarixdə Xocavənd Rayon Mədəniyyət Evində ssenari müəllifi Millət Vəkili Aqil Abbas olan “Dolu” bədii filminə baxış keçirilmişdir. Tədbirdə çıxış edən Rayon İcra Hakimiyyətinin başçısı cənab Eyvaz Hüseynov “Dolu” filminin Azərbaycanda son zamanlar kinomoqrafiya sahəsində çəkilmiş ən uğurlu filimlərdən olduğun qeyd etmişdir. Bu filimdə Dağlıq Qarabağda baş verən hadisələrin real boyalarla əks etdirildiyini vurğulamışdır. Bu mənada cənab Eyvaz Hüseynov filmin ssenari müəllifi Millət Vəkili Aqil Abbasa və filmin yaradıcı heyyətinə xocavəndlilər adından təşəkkür etmişdir. Daha sonra çıxış edən Millət Vəkili Aqil Abbas tədbir iştirakçılarını salamlayaraq belə filimlərin tezliklə öz doğma yurd-yubamızda Qarabağda çəkilməsini arzulamışdır. Rayon ictimaiyyətinin iştirakı ilə keçirilən tədbirdə 270 nəfər iştirak etmişdir.