Şriftin ölçüsü :

Saytın rəngi :

"Onu zaman seçib" devizli konsert proqramı keçirilib.

06 may 2019 | 16:00

          06 may 2019-cu il tarixdə saat 16:00-da Bakı şəhəri, Beynəlxalq Muğam Mərkəzində Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi, Xocavənd Rayon İcra Hakimiyyəti və Kürdəmir Regional Xocavənd rayon Tuğ kənd uşaq musiqi məktəbinin birgə təşkilatçılığı ilə Ümummilli lider Heydər Əliyevin anadan olmasının 96-cı ildönümünə həsr olunmuş "Onu zaman seçib" adlı konsert proqramı keçirilmişdir. Tədbirdə Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayev, Məcburi Köçkünlərin Sosial İnkişaf Fondunun direktoru Mahir Abbaszadə, Şuşa Şəhər İcra Hakimiyyətinin başçısı Bayram Səfərov, Xocavənd Rayon İcra Hakimiyyətinin başçısı Eyvaz Hüseynov, Kürdəmir Regional Mədəniyyət İdarəsinin rəisi Elman Məmmədov və digər ziyalılar iştirak edirdi. Tədbir öncəsi qonaqlar Beynəlxalq Muğam Mərkəzinin foyesində Xocavənd abidələrinin fotolarından ibarət sərgi ilə tanış oldular. Tədbir Azərbaycanın Xalq artisti, Prezident mükafatçısı, Azərbaycan Milli Konservatoriyasının professoru Mənsum İbrahimovun ifası ilə başladı, ardınca Xocavənd rayon Tuğ kənd uşaq musiqi məktəbinin şagird və müəllimlərin ifasında Azərbaycan və Qərb bəstəkarlarından ifalar səsləndirildi.

 

Keçidlər