Ümummilli Lider Heydər Əliyevin-90 illik yubileyinə həsr olunmuş “Heydər Əliyev Dühası” mövzusunda konfrans keçirilmişdir.
02 may 2013-cü il tarixdə Xocavənd qəsəbəsi, Rayon Mədəniyyət Evində Xocavənd Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə YAP Xocavənd Rayon Təşkilatı tərəfindən Ümummilli Lider Heydər Əliyevin-90 illik yubileyinə həsr olunmuş “Heydər Əliyev Dühası” mövzusunda konfrans keçirilmişdir. Tədbir iştirakçıları ilk öncə Ryon İcra Hakimiyyətinin inzibati binası qarşısında ucaldılmış Ümummmilli Liderin abidəsi önünə tər gül dəstələri qoymuş, sonra tədbir Rayon mədləniyyət Evində Azəbaycan Respubliikasının Dövlət himninin səsləndirilməsi ilə açıq elan olunmuşdur. Tədbirdə çıxış edən Rayon İcra Hakimiyyətinin başçısı cənab Eyvaz Hüseynov Ümummilli Lider Heydər Əliyevin keçdiyi şərəfli ömür yolundan geniş söhbət açmışdır. Başçı öz çıxışında Heydər Əliyevin rəhbərliyi altında milli maraqlara əsaslanan və siyasi perspektivləri nəzərə alan xarici siyasət kursunun müəyyənləşdirildiyini, dünyanın aparıcı dövlətləri və beynəlxalq təşkilatları ilə qarşılıqlı münasibətlərin qurulduğunu qeyd etmişdir. Onun uğurlu xarici siyasəti ölkəmizin etibarlı tərəfdaş kimi qəbul edilərək beynəlxalq miqyasda nüfuzunun artmasına, islahatçı və təşəbbüskar dövlət olaraq tanınmasına xidmət göstərmişdir. Heydər Əliyevin beynəlxalq aləmdə atdığı qətiyyətli addımlar sayəsində diplomatiyamızın fəal mövqeyinin formalaşdığını bildirən natiq, Azərbaycanın zorla cəlb olunduğu Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinə dünya ictimaiyyətinin mövqeyinin dəyişdiyini bir daha vurğulamışdır. Başçı eyni zamanda XX əsrdə ulu tanrının Azərbaycan xalqına bəxş etdiyi dahi şəxsiyyətin, türk dünyası qarşısında əvəzsiz xidmətləri, Heydər Əliyevibn zəngin, peşəkar dövlətçilik prinsipi barədə iştirakçlara ətraflı məlumat vermişdir.
Tədbirdə çıxış edən ziyalılar 1990-cı illər hadisələrində Ulu Öndərin Azərbaycan xalqını böyük bəlalardan eləcə də ölkəmizdə baş verə biləcək vətəndaş müharibəsi təhlükəsindən xilas etdiyini iştirakçıların diqqətə çatırmışlar.