Şriftin ölçüsü :

Saytın rəngi :

"Beynəlxalq Ailə Günü " çərçivəsində valideynlərlə görüş keçirilib.

15 may 2019 | 16:00

        Tədbirdə çıxış edən Əfsanə Quliyeva bildirmişdir ki, 15 may dünyada Beynəlxalq Ailə Günü kimi qeyd olunur. Bu aksiya planetimizdə yaşayan bütün insanların diqqətini bir daha ailə problemlərinin həllinə yönəltməyə xidmət edir. Müstəqil Azərbaycanda dövlət ailə siyasətinin əsas prinsiplərinin formalaşması ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır. .Ulu öndər Heydər Əliyevin ailə siyasəti Azərbaycanda bu gün də məqsədyönlü surətdə həyata keçirilir. Azərbaycan Prezidenti İlham Əliyev və ölkənin birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva milli mənəvi dəyərlərin qorunmasına böyük diqqət və qayğı göstərirlər. Natiq həmçinin bildirmişdir ki, İnsanı yetişdirən, formalaşdıran ilk ocaq ailədən sonra məktəb və pedaqoji mühitdir. Müstəqil zövq, fərdi əqidə, əsl vətəndaşlıq səmimiyyəti, mühitlə qaynayıb-qarışmaq, daim axtarışda olmaq meyli, marağı, bir sözlə, bütöv şəxsiyyət probleminin həlli məhz məktəbdən, tədris sistemindən asılıdır.“Məktəb üçbucağı” anlayışı pedaqoji ədəbiyyatda və mətbuatda həmişə çox işlənən ifadələrdəndir: məktəb, ailə və cəmiyyət. Bu üçbucağın bütün tərəfləri güclü olanda məktəb həyatı saat mexanizmi kimi işləyir, təlim-tərbiyədə, şagirdlərin hərtərəfli inkişafında uğurlara və nailiyyətlərə gətirib çıxarır. Cəmiyyət də, ailə də, məktəb də, necə deyərlər, rahat nəfəs alır. Hansı tərəfdəsə ciddi çatışmazlıq olarsa, onda həm cəmiyyət, həm ailə, həm də məktəb problemlər qarşısında qalır, arzuolunmaz nəticələrə gətirib çıxarır. Bu üçbucağın özlüyündə bütün tərəflərinin yerində olması zəruridir, ancaq mən deyərdim ki, valideyn-məktəb münasibətləri hazırda daha həssas tərəfdir. Hətta müəyyən mənada, ən vacib tərəfdir, çünki müasir qloballaşma şəraitində, elektron informasiya axınının insanların həyatına icazəsiz müdaxilə etdiyi bir zamanda bu münasibətlər daha vacib əhəmiyyət kəsb edir.
      Görüşdə iştirak edən Ümidvar Məmmədov belə görüşlərin keçirilməsinin əhəmiyyətindən danışıb. Tədbir valideynlərlə qarşılıqlı müzakirə şəraitində keçib. Valideynlər onları narahat edən məsələlərdən danışmış, rəy və təkliflərini bildirmişlər. Sonda“Ən yaxşı təqdimat” müsabiqəsində 3-cü yerin qalibi olan Xocavənd rayon Salakətin kənd tam orta məktəbinin şagirdi Quliyeva Günel Barat qızı mükafatlandırılıb.

Keçidlər