Ümummilli Lideri Heydər Əliyevin 90 illik yubileyinə həsr olunan “Kitab bayramı” keçirilmişdir.
03 may 2013-cü il tarixdə Xocavənd rayon Mədəniyyət evində Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin 90 illik yubileyinə həsr olunan “Kitab bayramı” keçirilmişdir. Bayram tədbirində müxtəlif adda Heydər Əliyev, Azərbayacan dili və tarixi, klassik ədəbiyyatına aid kitablar nummayiş etdirilmişdir. Tədbiri Rayon İcra Hakimiyyətinin başçısının müavini- İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Ruslan Şirinov açaraq böyük şəxsiyyət Heydər Əliyevin fəaliyyəti, ədəbiyyatımıza , dilimizə, mədəniyyətimizə göstərdiyi qayğı, diqqət haqqında geniş məlumatı tədbir iştirakçılarının nəzərində çatdırdı. Kitabın insan həyatindakı rolundan danişaraq bilik mənbəyi olan kitabın daha geniş təbliğ olunmasında belə tədbirlərin əhəmiyyətini vurğuladı. Tədbirin təşkilatçısı Rayon Kitabxanasının müdiri Rəna Şükürova, Firudun Bəy Köçərli adına Respublika Uşaq Kitabxanasının şöbə müdiri Jalə Əmrahova, Rayon Mədəniyyət və Turizm Şöbəsinin müdiri Ramiz Balakişiyev və Xocavənd ictimai-siyasi qəzetinin baş redaktoru Gültəkin Ağayeva çıxış edərək Ümummilli Lider Heydər Əliyevin həyat və fəaliyyəti, kitaba və elmə verdiyi dəyərlərdən, bu gün kitabın əhəmiyyəti və cəmiyyətdəki rolu haqqında geniş məlumat verdilər. Sonda Rayon Mədəniyyət Evinin işçilərinin və Salakətin kənd tam orta məktəbinin şagirdlərinin hazırladığı ədəbi – bədii kompazisiya nümayiş etdirildi.