Şriftin ölçüsü :

Saytın rəngi :

Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin 90 illik yubileyinə həsr olunmuş Voleybol rayon birinciliyi keçirilmişdir.

05 may 2013 | 15:00

Xocavənd Rayonu İcra Hakimiyyəti başçısının 01 fevral 2013-cü il tarixli    06 nömrəli  sərəncamı ilə təsdiq edilmiş “Tədbirlər planı”na uyğun olaraq 04 may  2013-cü il tarixdə Xocavənd qəsəbəsində  Salakətin kənd tam orta məktəbin idman zalında Azərbaycan xalqının Ümummilli lideri  Heydər Əliyevin 90 illik           yubileyinə həsr  olunmuş Voleybol üzrə rayon birinciliyi keçirildi. Ümummilli lider  Heydər  Əliyevin anadan olmasının  90-cı ildönümünü qeyd etmək, əhalinin asudə vaxtını səmərəli təşkil etmək, idmanın voleybol növünü kütləviləşdirmək, rayon çempionunu aşkar etmək məqsədi ilə keçirilən yarışda 8 komanda,  90 nəfər iştirak etmişdir.  Yarışda 1-ci yeri Tuğ kənd komandası, 2-ci yeri UGİM komandası, 3-cü yeri isə Kuropatkin kənd komandası tutdu.  Birinciliyin qalibləri diplomla təltif olundu, hədiyyələrlə mükafatlandırıldılar. 

Keçidlər