“1 iyun Uşaqların Beynəlxalq Müdafiəsi Günü” nə həsr olunmuş tədbir keçirilmişdir.
01 iyun 2019-cu il tarixdə “1 iyun Uşaqların Beynəlxalq Müdafiəsi Günü” nə həsr olunmuş tədbir keçirilmişdir. Tədbir iştirakçıları öncə Rayon İcra Hakimiyyətinin inzibati binası qarşısında ümummilli lider Heydər Əliyevin xatirəsinə ucaldılmış abidəni ziyarət etmişlər. Tədbir Dövlət Himninin səsləndirilməsi ilə başlanmışdır. Tədbiri giriş sözü ilə açan Kuropatkin kənd uşaq bağçasının müdiri Nəzakət Əhmədova qonaqları, eyni zamanda körpə fidanları salamlamış, onlara gələcək həyatda uğurlar arzulamışdır. Tədbirdə çıxış edən Xocavənd Rayon İcra Hakimiyyəti başçısının müavini Əfsanə Quliyeva “1 iyun Uşaqların Beynəlxalq Müdafiəsi Günü” nün tarixi barədə iştirakçılara ətraflı məlumat verərək bildirmişdir ki, 1950-ci il iyunun 1-də BMT Baş Assambleyası tərəfindən təşkil olunan “Qadınların Beynəlxalq Konfransı”nda uşaq hüquqlarının təmin edilməsi ilə bağlı təkliflər səsləndirilmiş və elə həmin tədbirdə də 1 iyun tarixini uşaqların beynəlxalq müdafiəsinə həsr etmək barədə qərar qəbul olunmuşdur. Tədbirdə Kuropatkin kənd uşaq bağçasını bitirərək, məktəb həyatına qədəm qoyan körpə fidanların ifasında müxtəlif şeirlər səsləndirilmiş, eyni zamanda Azərbaycanın xalq nağıllarından “Tülkü və cücə”, “Qırmızı papağın nağılı” təqdim olunmuşdur.