Şriftin ölçüsü :

Saytın rəngi :

Şagirdlər ibtidai sinfə "Əlvida" dedilər

10 iyun 2019 | 16:00

       Salakətin kənd tam orta məktəbinin IV sinif şagirdlərinin “Növbəti məzun günü Qarabağda" devizli buraxılış tədbiri keçirilmişdir. Dövlət himninin səsləndirilməsi ilə başlayan tədbirdə məktəblilərin hazırladıqları əbədi-bədii kompozisiyalar nümayiş etdirildi. Şagirdlər vətənə, anaya, bayrağımıza, müəllimə, dostluğa və s. həsr olunmuş şeirlər söylədilər.
             Tədbirdə iştirak edən Rayon İcra Hakimiyyətinin başçısı Eyvaz Hüseynov uşaqları dərs ilini və ibtidai təhsil pilləsini uğurla başa vurmaları münasibətilə təbrik etdi, onlara gələcək təhsil həyatlarında uğurlar arzuladı. Başçı bildirdi ki, 4 il bundan əvvəl Gültəkin müəllimə bu şagirdləri birinci sinifə qəbul edərək onlara qələm tutmağı, bilik və bacarıqlara yiyələnməyi , vətəni sevməyi öyrədib. Şagirdlərin çıxışlarından görünür ki, onun zəhməti hədər getməyib, şagirdlər əsl vətənpərvər kimi yetişiblər. Başçı şagirdlərin vətənə layiqli övlad kimi yetişəcəklərinə əminliyini dilə gətirdi.
               Tədbirdə digər çıxış edənlər də şagirdləri təbrik edərək, onlara təhsilin növbəti pillələrində uğurlar arzuladılar.

Keçidlər