Şriftin ölçüsü :

Saytın rəngi :

"Dövlət siyasətinin əsas istiqamətlərindən biri olaraq insan hüquqlarının təmin olunmasının əhəmiyyəti" mövzusunda maarifləndirici tədbir keçirilmişdir.

11 iyun 2019 | 16:00

       10 iyun 2019-cu il tarixdə Xocavənd Rayon İcra Hakimiyyətinin akt zalında Xocavənd Rayon İcra Hakimiyyəti və rayon prokurorluğunun birgə təşkilatçılığı ilə "Dövlət siyasətinin əsas istiqamətlərindən biri olaraq insan hüquqlarının təmin olunmasının əhəmiyyəti" mövzusunda maarifləndirici tədbir keçirilmişdir.
          Başçının müavini Əfsanə Quliyeva çıxış edərək bildirdi ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 18 iyun 2007-ci il tarixli sərəncamı ilə hər il iyunun 18-i ölkəmizdə İnsan Hüquqları Günü kimi qeyd olunur. Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili Ombudsman Elmira Süleymanovanın təşəbbüsü ilə ənənəvi olaraq mayın 18-dən iyunun 18-dək respublikamızda İnsan Hüquqları Aylığı keçirilir. Natiq qeyd etdi ki, bu cür tədbirlərin keçirilməsində əsas məqsəd rayonumuzda əhalinin hüquqi maarifləndirilməsi, hüquq düşüncəsinin inkişaf etdirilməsidir. Ə.Quliyeva onu da bildirdi ki, bu gün ölkəmizdə ciddi sosial-iqtisadi islahatlarla yanaşı, hüquqi islahatlar da həyata keçirilməyə başlamış və hazırda da bu islahatlar ölkə başçısı cənab İlham Əliyevin rəhbərliyi ilə uğurla davam etdirilir.
            Xocavənd rayon prokurorunun köməkçisi, I dərəcəli hüquqşünas Xalid Nəzərov geniş məruzə ilə çıxış edərək əsas insan və vətəndaş hüquq və azadlıqlarından, həmin hüquqlar və azadlıqların qorunmasında dövlətin əsas vəzifələrindən, həmçinin ölkəmizdə bu sahədə aparılan hüquqi ishalatlar barədə ətraflı məlumat verdi.
          O qeyd etdi ki, demokratik, hüquqi dövlətin, qanunun aliliyi, insan hüquqları və sosial ədalət kimi fundamental əsaslarının möhkəmləndirilməsi məqsədilə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən 27 dekabr 2011-ci il tarixdə "Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyini artırmaq sahəsində Milli Fəaliyyət Proqramı" qəbul olunub. Natiq həmin "Milli Fəaliyyət Proqramı"nın Ulu Öndərimiz tərəfindən təməli qoyulmuş insan hüquqları sahəsində strategiyanın məntiqi davamı və dövlətin növbəti siyasi iradəsi olmaqla, insan və vətəndaş hüquqlarının hərtərəfli həyata keçirilməsinə, onların icra mexanizmlərinin təkmilləşdirilməsinə zəmanət verdiyini diqqətə çatdırdı.
       Daha sonra çıxış edən Salakətin kənd tam orta məktəbin tarix müəllimi Anar İbrahimov tədbir iştirakçılarına insan hüquqlarının tarixi haqqında ətraflı məlumat verdi.

Keçidlər