Xocavənd Rayon Polis Şöbəsinin yeni inşa edilmiş inzibati binasının açılışı təşkil olunmuşdur.
08 may 2013 | 15:00
07 may 2013-cü il tarixdə Xocavənd rayon “Xocavənd” qəsəbəsində Xocavənd Rayon Polis Şöbəsinin yeni inşa edilmiş inzibati binasının açılışı təşkil olunmuşdur. Tədbir iştirakçıları ilk öncə Ulu öndər Heydər Əliyevin abidəsi önünə tər gül dəstləri qoymuşlar. Tədbiri giriş nitqi ilə açan Xocavənd Rayon İcra Hakimiyyətinin başçısı Eyvaz Hüseynov yeni binanın açılışı münasibətilə şəxsi heyyəti təbrik etdi. Açılışda Azərbaycan Respublikası Daxili İşlər Nazirinin müavini, polis general-leytenantı cənab Əsgər Ələkbərov və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Əsaslı Tikinti İdarəsinin rəisi, polis polkovniki cənab Qasım Əliyev iştirak etmişdir.