Növbəti Könüllü qrupumuz fəaliyyətə başladı
Xocavənd Rayon İcra Hakimiyyəti Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi ilə əlaqələndirməklə ölkədə gənclər arasında könüllülük fəaliyyətinin daha geniş təşviq edilməsinə başlamışdır. Avqust ayının 20-dən etibarən 6 nəfər gəncdən ibarət Xocavənd Könüllüləri Rayon İcra Hakimiyyəti başçısı Aparatında iki aylıq iş təcrübəsinə başladılar. İlk öncə başçının müavini Əfsanə Quliyeva Könüllüləri Rayon İcra Hakimiyyəti başçısı Aparatının inzibati binası və şöbələrlə tanış etdi və onlara İcra Hakimiyyəti haqqında ətraflı məlumat verdi. İlkin tanışlıqdan sonra könüllülər peşə istiqamətlərinə uyğun olaraq öz istəklərinə əsasən müvafiq şöbələr üzrə bölüşdürüldülər
.