Şriftin ölçüsü :

Saytın rəngi :

25 YAŞLI GƏNC BAŞÇININ KÖMƏKÇİSİ OLDU

21 avqust 2019 | 16:00


      Xocavənd Rayon İcra Hakimiyəti başçısının köməkçisi vəzifəsi Rayon İcra Hakimiyyətində könüllü fəaliyyəti başa vuran gənc kadra tapşırıldı. Belə ki, Xocavənd Rayon İcra Hakimiyyətinin başçısı Eyvaz Hüseynovun müvafiq əmrinə əsasən Cəfərov Cabir Məhiyyədin oğlu Rayon İcra Hakimiyyəti başçısınınn köməkçisi vəzifəsinə təyin olunub.
     Cəfərov Cabir Məhiyəddin oğlu 10 oktyabr 1994-cü ildə Xocavənd rayonu Əmirallar kəndində anadan olmuşdur. 2000-ci ildə Xocavənd rayon 4 saylı orta məktəbində birinci sinfə getmiş, 2011 - ci ildə XI sinfi bitirərək Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Musiqi sənəti fakültəsinə daxil olmuşdur. 2015-ci ildə universiteti bitirmiş və Azərbaycan Milli Konservatoriyasının İfaçılıq fakültəsinin Xalq çalğı alətləri ifaçılığının nəzəriyyəsi və metodikası ixtisası üzrə magistr pilləsinə daxil olmuşdur. Təhsilini donduraraq 2015-2016- cı illərdə hərbi xidmətə getmiş, 2016-cı ildə təhsilini yenidən davam etdirərək 2019-cu ildə magistr pilləsini bitirmişdir. 2019-cu ilin aprel-iyun aylarında Xocavənd Rayon İcra Hakimiyyətində könüllü fəaliyyətə qoşularaq sertifikat almışdır.

Keçidlər