Şriftin ölçüsü :

Saytın rəngi :

320 ailəlik qəsəbə sakinləri diqqət və qayğıya görə Cənab Prezidentə minnətdarlıqlarını bildirirlər

29 avqust 2019 | 16:00


    Avqustun 22-də Xocavənd Rayon İcra Hakimiyyətinin başçısı Eyvaz Hüseynov rayonun iri yaşayış məntəqələrindən olan 320 ailəlik Xocavənd qəsəbəsində səyyar qəbul keçirib. Qəbulda İcra aparatının məsul işçiləri, hüquq mühafizə orqanlarının, təhsil, səhiyyə, mədəniyyət şöbələrinin və xidmət idarələrinin rəhbərləri iştirak edib. Qəbul zamanı müraciət edən vətəndaşların qaldırdıqları məsələlər yerindəcə araşdırılıb və həllindən ötrü müvafiq tədbirlər müəyyənləşdirilib. Səyyar qəbuldan razı qalan qəsəbə sakinləri onların müraciətlərinə baxılması,qaldırdıqları məsələlərin yerindəcə araşdırılması, onları narahat edən problemlərin həllinə görə minnətdarlıqlarını ifadə ediblər. Çıxışlarda müxtəlif məsələlərlə bağlı arzu və təkliflərlə yanaşı ölkədə və rayonda həyata keçirilən genişmiqyaslı quruculuq-abadlıq işləri, yeni yaradılan müasir yol infrastrukturu, kənd təsərrüfatının inkişaf etdirilməsi, sahibkarlığa verilən dəstək, əhalinin yaşayış şəraitinin yaxşılaşdırılması ilə bağlı ölkə prezidenti tərəfindən qəbul olunan qərarlar da yüksək qiymətləndirilib. İcra başçısı görüşü yekunlaşdıraraq qaldırılan məsələlərlə bağlı aidiyyəti üzrə məsul şəxslərə bir daha tövsiyə və tapşırıqlarını verib.

Keçidlər