Şriftin ölçüsü :

Saytın rəngi :

"Özünüməşğulluq - öz məşğulluğunu qur və ailə biznesinə yiyələn” layihəsi Xocavənd qəsəbəsində uğurla davam edir

03 sentyabr 2019 | 16:00

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin “Əhalinin özünüməşğulluğunun təmin olunması sahəsində əlavə tədbirlər haqqında” 7 aprel 2016-cı il tarixli Sərəncamına əsasən, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən özünüməşğulluq proqramı çərçivəsində aztəminatlı ailələrin fərdi təsərrüfatlarının yaradılması prosesi davam edir.
2017-ci ildə 10 nəfərə, 2018-ci ildə kursdan keçmiş 55 nəfərə aktivlər verilmişdir ki, onlardan 53 nəfəri kənd təsərrüfatı, 2 nəfəri isə istehsal sahələri üzrə olmuşdur. 2019-cu ildə isə hazırkı dövrə qədər 45 nəfər bir aylıq təlim kursunda iştirak etmək hüququ qazanaraq təlim kursunu başa vurmuşdular. Özünəməşğulluğun təmin etmiş iştirakçlılara Rayon Məşğulluq İdarəsi tərəfindən hər ay özünə məşğulluğun müşahidəsi keçirilir. Verilmiş aktivlər normal şəraitdə saxlanılır, vaxtlı vaxtında profilkatik tədbirlər görülür, iştirakçılar tərəfindən biznes planına uyğun iş istiqaməti qurulur.
Qeyd edək ki, “Əhalinin özünüməşğulluğunun təmin olunması sahəsində əlavə tədbirlər haqqında” Sərəncam aztəminatlı ailələrin məşğulluğuna və əmək potensiallarının reallaşdırılması yolu ilə gəlirlərinin artmasına, əlavə iş yerlərinin yaradılmasına, gələcəkdə vergi və sosial sığorta ödəyicilərinin çoxalmasına, digər tərəfdən kiçik və orta sahibkarlığın inkişafına geniş imkanlar yaradıb. "Özünüməşğulluq - öz məşğulluğunu qur və ailə biznesinə yiyələn” layihəsi aztəminatlı və işsizlikdən əziyyət çəkən insanlar tərəfindən böyük sevinclə qarşılanıb.

Keçidlər