Avqustun 26-da Heydər Əliyev Mərkəzində bir qrup məcburi köçkünün iştirakı ilə tədbir keçirilib.
Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva tədbirdə iştirak edib və ad gününü onlarla birlikdə qeyd edib.
Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayev ölkəmizdə qaçqınların və məcburi köçkünlərin problemlərinin həlli istiqamətində görülən işlərdən danışdı.
Daha sonra Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva məcburi köçkünlərə öz xoş arzularını çatdırdı.
Sonra konsert proqramı təqdim edildi.
Tədbirə Birinci vitse-prezident Mehriban Əliyeva və qızı Leyla Əliyeva da gəldilər.
Əvvəlcə tədbir çərçivəsində təşkil edilən sərgi ilə tanışlıq oldu.
Tədbirdə Xocavənd, Şuşa, Ağdam, Füzuli rayonlarının təmsilçilərinin, “Şuşanın dağları” ansamblının ifaları səsləndi.
Məcburi köçkünlər Birinci vitse-prezident Mehriban Əliyevanı ad günü münasibətilə təbrik edərək ən xoş arzularını çatdırdılar. Onlar dövlətin, o cümlədən Birinci vitse-prezidentin qaçqınların və məcburi köçkünlərin həyat şəraitinin yaxşılaşdırılması istiqamətində gördüyü işlərə görə minnətdarlıqlarını bildirdilər, Mehriban Əliyevanın rəhbərliyi ilə həyata keçirilən layihələrin əhəmiyyətini vurğuladılar.