Şriftin ölçüsü :

Saytın rəngi :

Xocavənd rayon ümumtəhsil məktəbləri üzrə 2018-2019-cu dərs ilində ali məktəblərə qəbul olan məzunlarla görüş keçirilib.

03 sentyabr 2019 | 16:00

   30 avqust 2019-cu il tarixdə  ali məktəblərə qəbul olan məzunlarla görüş keçirilib. Görüşdə Xocavənd Rayon İcra Hakimiyyətinin başçısı Eyvaz Hüseynov, rayon hüquq- mühafizə orqanları, idarə, təşkilat müdirləri,  məktəb direktorları və valideynlər iştirak edib.Rayon İcra Hakimiyyəti başçısının müavini, İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Əfsanə Quliyeva ali təhsilə qəbulla bağlı statistik rəqəmlərə toxunaraq bildirmişdir ki, Xocavənd rayon Təhsil Şöbəsinin şəbəkəsinə daxil olan ümumtəhsil müəssisələrindən 2018-2019-cu tədris ilində 115 nəfərdən 48 nəfəri, yəni 41%-I tələbə adını qazanıb. Son 5 ilin statistikasına baxsaq 2014- 2015-ci tədris ilində 33%, 2015- 2016-ci tədris ilində 30%, 2016- 2017-ci tədris ilində 32%, 2017- 2018-ci tədris ilində 56% olmuşdur. Ümumilikdə son 5 ildə Xocavənd ümumtəhsil müəssisələrini bitirmiş 575 nəfərdən 261 nəfəri, yəni 45 %-I tələbə adına layiq görülüb. Cari ildə ali məktəbə daxil olan məzunlardan 3 nəfəri 600-dən , 6 nəfəri 500-dən yuxarı bal toplayıb .Ən yüksək nəticə hər il olduğu kimi Xocavənd 2 saylı tam orta məktəbinin payına düşür, 10 nəfərdən 9-u ali məktəbə daxil olub. 2 nəfər 650-dən , 1 nəfəri 550-dən, 3 nəfəri 400-dən yuxarı bal toplayıb. Ən zəif nəticə isə Xocavənd 3 saylı (0), Muğanlı 1 saylı məktəbin 25%, Salakətin kənd tam orta məktəbin 26%, Tuğ kənd tam orta məktəbin 18 % məzunu ali məktəbə daxil olub. 2018-2019-cu tədris ilində Respublikanın digər və şəhər məktəblərinin məzunu olan xocavəndlilərdən 47 nəfəri ( ötən il bu rəqəm 29 nəfər olub) ali məktəbə daxil olub, onlardan 8 nəfər 500-dən yuxarı , 2 nəfər 600-dən yuxarı bal toplayıb.
Rayon İcra Hakimiyyəti başçısı Eyvaz Hüseynov çıxış edərək ali məktəblərə daxil olan məzunları təbrik edib, onlara uğurlar arzulayıb. Başçı bildirib ki, bu gün Azərbaycanda təhsilə qayğı ən yüksək səviyyədədir. Bu sahədə həyata keçirilən hər islahat, baş verən hər bir hadisə ilk növbədə Azərbaycanın xoşbəxt gələcəyinə hesablanmışdır. Respublikamızda təhsilə diqqət və qayğı görkəmli ictimai-siyasi xadim Heydər Əliyevin adı ilə bağlıdır. Təsadüfi deyil ki, ulu öndər: “Təhsil millətin gələcəyidir”, - deyirdi. Ümummilli lider ölkənin və dövlətin hərtərəfli tərəqqisində, millətin imzasının imzalar içində seçilməsində təhsilin rolunu həmişə yüksək dəyərləndirər və inkişafına qayğı göstərərdi. Bu gün Prezident İlham Əliyev Ümummilli Liderin həyata keçirdiyi həmin siyasəti uğurla davam etdirir. Son illərdə bu istiqamətdə Respublikamızda əhəmiyyətli islahatlar həyata keçirilir, yeni təhsil modeli ilə dünyaya inteqrasiya olunmaq üçün bütün təhsil müəssisələrində güclü maddi-texniki baza qurulur, eyni zamanda təhsildə yeni idarəetmə sistemi və insan resurslarından istifadəyə geniş yer verilir, müəllim nüfuzuna diqqət artırılır, yeni məktəb binaları, tədris korpusları tikilir. Xocavənddə təhsilin göstəricilərinin günü-gündən yaxşılaşdığını vurğulayan başçı qeyd edib ki, dövlətin siyasətində təhsilin inkişafı önəmli yer tutur. Rayonumuzun təhsil sahəsində digər rayonlardan geri qalmaması bizi çox sevindirir. Hər sahədə olduğu kimi təhsil sahəsində də nəzərəçarpacaq dərəcədə inkişaf gələcəyin savadlı, bilikli, peşəkar mütəxəssis və kadr yetişməsinə təkan verir.
Tədbirdə digər iştirak edənlər tələbələri təbrik edib, ali təhsil pilləsində uğurlar arzulayıblar.

 

Keçidlər