Xocavənd Rayon İcra Hakimiyyətində təcrübə keçən könüllülər ilə görüş keçirilib.
30 avqust 2019-cu il tarixdə Xocavənd Rayon İcra Hakimiyyətində təcrübə keçən könüllülər ilə görüş keçirilib.Görüşdə Xocavənd Rayon İcra Hakimiyyəti başçısı Eyvaz Hüseynov dövlətin həyata keçirdiyi gənclər siyasətindən, Prezident İlham Əliyevin gənclərə göstərdiyi diqqət və qayğıdan danışıb. Ümummilli lider Heydər Əliyevin “Gənclər bizim gələcəyimizdir” fikrini xatırladan başçı hökümətin gənclərin inkişafı, özlərini təsdiq etməsi və dövlət strukturlarında çalışması üçün hər bir şəraiti yaratdığını qeyd edib.Könüllülərin İcra Hakimiyyətində böyük təcrübə və səriştə qazanacaqlarına əminliyini ifadə edən Eyvaz Hüseynov bu təcrübələrin onların əmək fəaliyyətləri dövründə çox böyük əhəmiyyət daşıyacağına inandığını qeyd edib. Başçı həmçinin bildirmişdir ki, dünyada aparılan müharibələr informasiya savaşı fazasına keçdiyindən, bizim gənclik informasiya müharibəsinə hər an hazır olmalıdır. Zaman-zaman parçalanmış böyük Azərbaycanın indiki ərazisinin də ermənilər tərəfindən 20 faizinin işğalı bizə sosial şəbəkələrdə təbliğat aparmağımızı daha vacib edir. Ermənilərlə təbliğat müharibəsini aparmaq üçün bizə informasiya texnologiyalarına yaxşı bələd olan sizin kimi vətənpərvər gənclər lazımdır. Bunun üçün Siz gənclər seçdiyiniz istiqamət üzrə daha peşəkar olmaqla yanaşı, Azərbaycan mədəniyyətinin, qlobal mədəniyyət müstəvisində qazanılan uğurların, Azərbaycanın müasir ölkə imici və turizm imkanlarının, eləcə də Ermənistan –Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı həqiqətlərin beynəlxalq aləmə çatdırılması üçün sosial şəbəkələrdə daha mütəşəkkil və aktiv fəaliyyət göstərməlisiniz.
Daha sonra sözügedən könüllülər, könüllülər üçün çox böyük şəraitin və imkanların yaradıldığnı qeyd edərək bütün bunların gənclər üçün stimul olduğunu, özlərinə iş yeri seçməkdə köməklik edəcəyini qeyd ediblər.