Şriftin ölçüsü :

Saytın rəngi :

Yeni Xocavənd qəsəbəsində növbəti səyyar qəbul keçirilib

05 sentyabr 2019 | 16:00

          05 sentyabr 2019-cu il tarixdə Xocavənd Rayon İcra Hakimiyyətinin başçısı Eyvaz Hüseynovun Yeni Xocavənd qəsəbəsində məskunlaşan rayon sakinləri ilə növbəti səyyar qəbulu keçirildi. Görüşdə giriş nitqi ilə çıxış edən başçı ölkəmizin sürətli sosial-iqtisadi inkişafından, mövcud ictimai-siyasi sabitlikdən, həmçinin ölkə Prezidenti cənab İlham Əliyevin müvafiq tapşırıqlarına uyğun olaraq son illər regionlarda həyata keçirilən sosial infrastruktur layihələrdən, aparılan genişmiqyaslı abadlıq-quruculuq işlərindən ətraflı danışıb. Rayon İcra Hakimiyyətinin Başçısı Eyvaz Hüseynov rayon sakinlərini narahat edən problemləri dinləyib, qaldırılan məsələlələrin həll olunması məqsədi ilə aidiyyəti təşkilatlara tövsiyə və tapşırıqlarını vermişdir.

Keçidlər