Şriftin ölçüsü :

Saytın rəngi :

"Hərbiyyə” hərbi vətənpərvərlik düşərgəsinin iştirakçıları Xocavənd qəsəbəsində olublar.

09 sentyabr 2019 | 16:00

          Xocavənd Rayon İcra Hakimiyyətinin rəhbərliyi və ictimaiyyət nümayəndələri ilə görüşü açan Müdafiə Nazirliyinin zabiti, Əməkdar incəsənət xadimi, Prezidentin fərdi təqaüdçüsü polkovnik Abdulla Qurbani rayonun tarixi, erməni təcavüzkarları ilə mübarizədə şəhidlik zirvəsinə ucalan qəhrəmanları və rayon əhalisinin bu gün də doğma yurd yerlərinə qayıdacaqları günü səbirsizliklə gözlədiklərini vurğulayıb.
          Abdulla Qurbani xocavəndlilərin bölgədəki hərbi hissələrin şəxsi heyətləri ilə daim əlaqə saxladıqlarını, burada ordu ilə xalqın sağlam mənəvi birliyinin yarandığını qeyd edərək deyib ki, ordu ilə xalqın birliyi həm ordunun gücünü artırır, həm də xalqı, dövləti daha da qüdrətli edir.
“Xocavənd şəhidləri” abidəsi ziyarət olunub, qarşısına qərənfillər düzülüb, şəhidlərin xatirəsi ehtiramla yad edilib və gənc vətənpərvərlər, eləcə də, ön səngərlərdən gələn əsgərlər Vətən uğrunda döyüşlərdə şəhidlik zirvəsinə ucalanların qisasını alacaqlarına and içiblər.
           Xatirə mitinqində Xocavənd rayon İcra Hakimiyyətinin başçısı Eyvaz Hüseynov, Azərbaycanın Milli Qəhrəmanı Şükür Həmidov, polkovnik Elşad Əbilov, şəhid Sənan Quliyevin babası Əliqəmə Quliyev və xocavəndli gənclərdən Ləman Əliyeva, Günay Fərəcova, Muradxan Məhərrəmov, Səma Şükürova, gənc vətənpərvərlər adından Böyükxanım Babayeva və başqaları çıxış edərək Ali Baş Komandan cənab İlham Əliyevin əmrlərinə hər an hazır olduqlarını bildirib və düşərgənin təşkilində Prezidentin yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin və Müdafiə Nazirliyinin təşəbbüslərini yüksək qiymətləndiriblər.
          “Hər əmrinə hazırıq, cənab Ali Baş Komandan!” marşının sədaları altında gənc vətənpərvərlər xocavəndlilərlə görüş tədbirindən xoş təəssüratlarla ayrılıblar.

Keçidlər