Şriftin ölçüsü :

Saytın rəngi :

Xocavənd Rayon Kururopatkin kənd uşaq bağçasında Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin 90 illik yubileyi münasibəti ilə gül bayramı keçirilmişdir.

08 may 2013 | 15:00

07 may 2013-cü il tarixdə Xocavənd Rayon “Xocavənd” qəsəbəsində Kururopatkin kənd uşaq bağçasında Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin 90 illik yubileyini qeyd etmək, həmçinin 10 may “Gül bayramı”-nı keçirmək üçün bağça uşaqlarının, Salakətin kənd tam orta məktəbin 11-ci  sinif şagirdlərinin, RİH-nümayyəndələrinin iştirakı ilə tədbir keçirilmişdir. Tədbir iştirakçıları əvvəlcə Azərbaycan xalqının dahi oğlu, Ümummilli Lideri Heydər Əliyevin abidəsi önünə tər gül dəstləri qoymuşlar. Daha sonra Azərbaycan Respublikasının Dövlət Himninin səslənməsi ilə tədbir başlanmışdır. Çıxış edən Rayon İcra Hakimiyyəti başçısının müavini – İctimai-siyasi və humanitar  məsələlər şöbəsinin müdiri  Ruslan Şirinov  Ümummilli Lideri Heydər Əliyevin sadəcə cismən bizlərdən ayrıldığını, mənən qəlblərdə yaşadığını qeyd etdi. O, həmçinin belə gözəl bayramın uşaq bağçasında gələcəyimiz olan körpələrlə qeyd edilməsini yüksək qiymətləndirdi. Uşaqlara  Heydər Əliyevin nəvələri olmaları ilə fəxr etməli olduqlarının bildirdi. Daha sonra çıxış edən Salakətin kənd tam orta məktəbin XI sinif şagirdi Allahverdiyev Sadiq bayram münasibəti ilə hər kəsi təbrik etdi. Tədbir bağça uşaqlarının hazırladığı ədəbi-bədii kompozisyanın nümayişi ilə başa çatdı. 

Keçidlər