Şriftin ölçüsü :

Saytın rəngi :

Hərbiyyə101 hərbi vətənpərvərlik düşərgəsinin bağlanış mərasimi keçirilib

12 sentyabr 2019 | 16:00

         10 sentyabr 2019-cu il tarixində "Hərbiyyə -101" hərbi vətənpərvərlik düşərgəsinin bağlanış mərasimi keçirilib.Tədbirdə Birlik komandiri, general - mayor Mayis Bərxudarov, Xocavənd Rayon İcra Hakimiyyətinin başçısı Eyvaz Hüseynov, "ASAN Könüllüləri" Təşkilatının sədri Səbinə Cabbarova və digər qonaqlar iştirak ediblər.
          Mərasimdə düşərgə müddətində komandalar arasında keçirilən yarışların nəticələrinə uyğun olaraq mükafatlandırma mərasimi keçirilib.
Sonda xatirə şəkli çəkilib.
       5-10 sentyabr tarixini əhatə edən və Bakı şəhərinin işğaldan azad olunmasının 101 illiyinə həsr edilmiş düşərgə "ASAN xidmət", Azərbaycan Respublikasının Müdafiə Nazirliyi və "ASAN Könüllüləri" Təşkilatının birgə təşkilatçılığı ilə reallaşdırılıb.

Keçidlər