Şriftin ölçüsü :

Saytın rəngi :

Xocavənd rayon Qaradağlı kənd tam orta məktəbi 2019-2020-ci tədris ilində yeni istifadəyə verilmiş binada fəaliyyətə başlamışdır.

16 sentyabr 2019 | 16:00

          Açılış mərasimində rayon İcra Hakimiyyətinin, Təhsil Şöbəsinin məsul şəxsləri, rayonun digər məktəblərinin müəllimləri və valideynlər iştirak ediblər.
Xocavənd Rayon İcra Hakimiyyətinin başçısı Eyvaz Hüseynov çıxışında bildirib ki, bu gün Azərbaycanda təhsilə qayğı ən yüksək səviyyədədir. Bu sahədə həyata keçirilən hər islahat, baş verən hər bir hadisə ilk növbədə Azərbaycanın xoşbəxt gələcəyinə hesablanmışdır. Respublikamızda təhsilə diqqət və qayğı görkəmli ictimai-siyasi xadim Heydər Əliyevin adı ilə bağlıdır. Təsadüfi deyil ki, ulu öndər: “Təhsil millətin gələcəyidir”, - deyirdi. Ümummilli lider ölkənin və dövlətin hərtərəfli tərəqqisində, millətin imzasının imzalar içində seçilməsində təhsilin rolunu həmişə yüksək dəyərləndirər və inkişafına qayğı göstərərdi. Bu gün Prezident İlham Əliyev Ümummilli Liderin həyata keçirdiyi həmin siyasəti uğurla davam etdirir. Prezident İlham Əliyevin təsdiq etdiyi müvafiq dövlət proqramları təhsil sistemində keyfiyyətcə yeni inkişaf istiqamətlərinin əldə edilməsinə, yüksək nəticələrin qazanılmasına xidmət edir. Bu proses Xocavənd rayonunda da uğurla davam etdirilir. Eyvaz Hüseynov həmçinin vurğulayıb ki, Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondu Azərbaycan təhsilinin inkişafına mühüm töhfələr verir. Yeni məktəb binaları, məktəbəqədər müəssisələri tikilib istifadəyə verilir. Daha sonra Qarabağ müharibəsindən söz açan rayon icra başçısı bildirib ki, bu məktəbin adını daşıdığı Qaradağlı kəndinin sakinləri ermənilərə qarşı inadla müqavimət göstərib, doğma torpağın hər qarışı uğrunda sonadək döyüşüb, şəhidlər veriblər. Qeyri-bərabər döyüşlərdə kəndin uşaqlı-qadınlı, cavanlı-qocalı bütün sakinləri qəhrəmanlıqla iştirak ediblər. Bu məktəb Qaradağlı kənd tam orta məktəbinin adını daşımaqla bir daha sübut edir ki heç vaxt düşmən qarşısında əyilməyən, sınmayan, vaxtı gəldikdə torpaqlarımızı geri qaytaracaq gücdə olan bir dövlətin vətəndaşlarıyıq.
         Erməni vandalizminin siyasəti nəticəsində yurd-yuvasından didərgin düşən vətəndaşlarımız bugün qaçqın və məcburi köçkün həyatı yaşamalarına baxmayaraq dövlətimiz tərəfindən hər zaman himayə edilir.
         Daha sonra rayon rəhbəri məktəb şagirdləri üçün yaradılan şərait ilə tanış olub.

 

Keçidlər