Şriftin ölçüsü :

Saytın rəngi :

Xocavənd rayon bütün ümumtəhsil məktəblərində Bilik Günü münasibətilə tədbir keçirilmişdir.

16 sentyabr 2019 | 16:00

     Xocavənd rayon Salakətin kənd tam orta məktəbində keçirilən tədbirdə Xocavənd Rayon İcra Hakimiyyətinin başçısı Eyvaz Hüseynov iştirak etmişdir. Başçı çıxış edərək bütün təhsil işçilərini, müəllimləri, şagirdləri və valideynləri Bilik günü münasibətilə təbrik etdi, onlara fəaliyyətlərində yeni-yeni uğurlar arzuladı.E.Hüseynov bildirdi ki, son illər təhsil sahəsində Respublikamızda əhəmiyyətli islahatlar həyata keçirilir, yeni təhsil modeli ilə dünyaya inteqrasiya olunmaq üçün bütün təhsil müəssisələrində güclü maddi-texniki baza qurulur, eyni zamanda təhsildə yeni idarəetmə sistemi və insan resurslarından istifadəyə geniş yer verilir, müəllim nüfuzuna diqqət artırılır, yeni məktəb binaları, tədris korpusları tikilir. Xocavənddə təhsilin göstəricilərinin günü-gündən yaxşılaşdığını vurğulayan başçı qeyd edib ki, dövlətin siyasətində təhsilin inkişafı önəmli yer tutur. Rayonumuzun təhsil sahəsində digər rayonlardan geri qalmaması bizi çox sevindirir. Hər sahədə olduğu kimi təhsil sahəsində də nəzərəçarpacaq dərəcədə inkişaf gələcəyin savadlı, bilikli, peşəkar mütəxəssis və kadr yetişməsinə təkan verir.
    Bilik günü və Yeni dərs ilinin başlanması ilə əlaqədar keçirilən tədbirlərdə məktəblərin kollektivləri, şagirdlər, valideynlər və ictimaiyyətin nümayəndələri çıxış edərək öz xoş arzularını bildirdilər.

Keçidlər