Xocavənd Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Rayon Məşğulluq Mərkəzi Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin 90 illik yubileyini qeyd etmək məqsədilə peşəyönümlü tədbir keçirmişdir.
26 aprel 2013-cü il tarixdə Xocavənd Rayon “Xocavənd” qəsəbəsində, Rayon Mədəniyyət Evində Xocavənd Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Rayon Məşğulluq Mərkəzi Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin 90 illik yubileyini qeyd etmək məqsədilə peşəyönümlü tədbir keçirmişdir. Tədbir iştirakçıları əvvəlcə Ümummilli Lider Heydər Əliyevin abidəsi önünə tər gül dəstləri qoymuşlar. Tədbiri giriş nitqi ilə açan Rayon İcra Hakimiyyəti başçısının müavini-Sosial iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri Azər Süleymanov müstəqil Azərbaycanın qurucusu Heydər Əliyevin XX əsrin ən parlaq simalarından və nadir şəxsiyyətlərindən biri oluğunu söylədi. O, Ümummilli Lideri Heydər Əliyevin şərəfli həyat və fəaliyyəti ilə tarixi min illərlə hesablanan, dünyanın zəfər salnaməsinə şanlı səhifələr yazmış qədim bir xalqın simvolu səviyyəsinə yüksəldiyini diqqətə çatdırdı. Çıxış edən Başçının müavini – İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Ruslan Şirinov Ümummilli Liderimizin xilaskarlıq missiyasının onun genişmiqyaslı fəaliyyətinin birmənalı olaraq əsasını təşkil etdiyini bildirdi. Heyrətamiz idarəçilik istedadına, mətin iradəyə və misilsiz əzmkarlığa malik Ulu Öndər Azərbaycanda siyasi hakimiyyətə ilk gəlişində ölkəmizi tənəzzül burulğanından çıxararaq “imzalar içində imzası olmayan”, hətta keçmiş SSRİ məkanında belə yaxşı tanımayan respublikamızı qısa vaxt ərzində qabaqcıl və nüfuzlu ölkə səviyyəsinə yüksəltdiyin vurğuladı. Çıxış edən Rayon Məşğulluq Mərkəzinin müdiri Azər Süleymanov Azərbaycan dövlətini və millətini zamanın ən çətin sınaqlarından çıxarmış Heydər Əliyevin həyata keçirdiyi böyük işlər barədə məlumat verdi.