Şriftin ölçüsü :

Saytın rəngi :

Xocavənd qəsəbəsində Rayon İcra Hakimiyyəti başçısının növbəti səyyar qəbulu keçirilib.

26 sentyabr 2019 | 16:00

       26 sentyabr 2019-cu il tarixdə Xocavənd qəsəbəsində Rayon İcra Hakimiyyəti başçısının növbəti səyyar qəbulu keçirilib. Qəbulda rayon icra hakimiyyətinin, hüquq-mühafizə orqanlarının, səhiyyə, təhsil, mədəniyyət, digər xidmət təşkilatlarının rəhbərləri, ərazi icra nümayəndələri və qəsəbə sakinləri iştirak etdilər.
      Qəbulda vətəndaşların müxtəlif mövzularda müraciətləri dinlənilib.Müraciətlərlə bağlı əlaqədar təşkilatlara rayon rəhbəri tərəfindən aidiyyəti tapşırıqlar verilib.
           Sonra rayon rəhbəri görülən işlərdən, məcburi köçkünlərə dövlət tərəfindən göstərilən diqqət və qayğıdan danışıb.
      Qəsəbə sakinləri əhalinin problemlərinin həlli istiqamətində həyata keçirilən tədbirlərə, göstərilən diqqət və qayğıya görə ölkə rəhbərinə öz minnətdarlıqlarını bildiriblər.

Keçidlər