Şriftin ölçüsü :

Saytın rəngi :

Beynəlxalq Müəllimlər Günü münasibətilə tədbir keçirilmişdir.

05 oktyabr 2019 | 16:00

         04 oktyabr 2019-cu il tarixdə Beynəlxalq Müəllim Gününə həsr olunmuş tədbir keçirilmişdir. Tədbirdə çıxış edən Rayon İcra Hakimiyyəti başçısı Eyvaz Hüseynov ölkəmizdə təhsil sahəsində aparılan dövlət siyasətindən söhbət açmışdır. Bildirmişdir ki, əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulan və bu gün cənab Prezidentimiz İlham Əliyev tərəfindən uğurla davam etdirilən təhsil islahatları, qəbul olunan Dövlət Proqramları hər bir müəllim üçün stimul yaradır. Natiq müəllimləri peşə bayramı münsibətilə səmimi qəlbdən təbrik etmiş, şərəfli və məsuliyyətli peşələrində uğurlar arzulamışdır.Tədbirdə çıxış edən müəllimlər təhsil işçilərinə göstərilən diqqət və qayğıya görə dövlət başçısına minnətdarlıq ediblər.
        Sonda təhsil sahəsindəki səmərəli pedaqoji fəaliyyətinə görə rayonun bir qrup qabaqcıl təhsil işçisinə Rayon İcra Hakimiyyəti başçısının Fəxri Fərmanı və qiymətli hədiyyələr təqdim olunub.

Keçidlər