Şriftin ölçüsü :

Saytın rəngi :

Xocavənd” qəsəbəsi, Rayon Mədəniyyət Evində Azərbaycanın gözəl diyarı olan Şuşa şəhərinin işğal olunmasının 21-ci ildönümünə həsr olunan tədbir keçirilib.

09 may 2013 | 15:00

8 may 2013-cü il tarixdə Xocavənd rayonu “Xocavənd” qəsəbəsi, Rayon Mədəniyyət Evində Azərbaycanın gözəl diyarı olan Şuşa şəhərinin işğal olunmasının 21-ci ildönümünə həsr olunan tədbir keçirilib. Tədbir iştirakçıları əvvəlcə Rayon İcra Hakimiyyətinin dəstəyi ilə çəkilmiş “Ruhum Qarabağlıdır” sənədli filminə baxdılar. Daha sonra tədbirdə çıxış edən Salakətin kənd tam orta məktəbin ədəbiyyat müəllimi, “Xocavənd” ictimai-siyasi qəzetinin redaktoru Gültəkin Ağayeva öz füsunkar təbiəti, saf suyu, təmiz havasi, flora və faunası ilə seçilən Şuşa şəhərinin mənfur qonşularımız olan ermənilər tərəfindən işğal olunduğunu, şəhərin darmadağin edildiyini, tarixi abidələrin məhv edilyini bildirdi. Çıxış edən Salakətin kənd tam orta məktəbin tarix müəllimi, Telli Alıyeva Qarabağın və Şuşanın tarixi haqda tədbir iştirakçılarına geniş məlumat verdi. Tədbir Salakətin kənd tam orta məktəbin şagirdlərinin hazırladığı ədəbi-bədii kompozisyanın nümayişi ilə başa çatdı.

Keçidlər