Şriftin ölçüsü :

Saytın rəngi :

Beyləqan rayonu ərazisində yeləşən N saylı hərbi hissədə əsgərlərlə görüş keçirilmişdir.

04 oktyabr 2019 | 16:00

       2 oktyabr 2019-cu il tarixdə Beyləqan rayonu ərazisində yeləşən N saylı hərbi hissədə Xocavənd Rayon İcra Hakimiyyətinin başçısı Eyvaz Hüseynovun, Dağlıq Qarabağın Azərbaycanlı İcması İctimai birliyi idarə heyətinin üzvlərinin, ictimai birliyin sədri Tural Gəncəliyevin, eyni zamanda Milli Məclisin deputatı Elman Məmmədovun və Qarabağ müharibəsi veteranlarının iştirakı ilə əsgər və zabitlərlə görüş keçirilmişdir. Görüşdə qonaqlar öncə N saylı hərbi hissədə yaradılmış şəraitlə tanış olmuş daha sonra əsgər və zabitlərlə birgə nahar etmişlər.

Keçidlər