Şriftin ölçüsü :

Saytın rəngi :

320 ailəlik Xocavənd qəsəbəsində Rayon İcra Hakimiyyəti başçısının vətəndaşlarla növbəti səyyar qəbulu keçirilmişdir.

05 oktyabr 2019 | 16:00

        Qəbulda Rayon İcra Hakimiyyətinin başçısı Eyvaz Hüseynov, hüquq mühafizə orqanları rəhbərləri, başçının müavinləri, rayonun aidiyyətı idarə, müəssisə və təşkilat rəhbərləri, rayon ictimaiyyətinin nümayəndələri və ağsaqqallar iştirak etmişdir. Qəbul zamanı çıxış edənRayon İcra Hakimiyyətinin başçısı Eyvaz Hüseynov ötən dövr ərzində respublikamızda görülən genişmiqyaslı işlərdən danışaraq, ölkəmizin bütün sahələrdə əldə etdiyi uğurlardan söz açmışdır. Başçı Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin rəhbərliyi altında ölkədə həyata keçirilən bütün layihələrin, atılan addımların əhalinin maddi-rifah halının gündən-günə yüksəlməsinə, onların sosial vəziyyətinin və məişət şəraitinin yaxşılaşmasına xidmət etdiyini qeyd etmişdir.Görüşdə başçı vətəndaşlar tərəfindən qaldırılmış problemləri dinləmiş və qeyd edilən məslələlərin həll olunması məqsədi ilə aidiyyəti təşkilatlara tövsiyə və tapşırıqlarını vermişdir.

Keçidlər