Prezident Administrasiyasının məsul işçisinin iştirakı ilə vətəndaşlar qəbul edilib.
10 oktyabr 2019-cu il tarixdə Ağcabədi rayon 556 ailəlik yaşayış massivində qəbul keçirilmişdir. Qəbulda Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının məsul işçisi Ağa-Əli Əhmədov və Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi sədrinin müavini Fuad Hüseynov da iştirak etmişdir. Fərdi qaydada 40 nəfərin müraciəti dinlənilmişdir. Müraciətlər əsasən, evlə təmin olunma, işlə təminat, yemək xərcinin bərpası və digər məsələləri əhatə edirdi.Keçirilən görüşdə sakinlərin qaldırdıqları məsələlər diqqətlə dinlənilib. Müraciətlərin əksəriyyəti yerindəcə həllini tapıb, digər müraciətlərin operativ araşdırılması və qanunvericiliyə uyğun həlli üçün müvafiq tapşırıqlar verilib.
Vətəndaşlar bu cür qəbulların təşkilinə, problemlərinin həllinə göstərilən diqqətə görə Azərbaycan Respublikasının Prezidentinə minnətdarlıqlarının çatdırılmasını xahiş ediblər.