Müstəqilliyimiz əbədidir, daimidir, dönməzdir!
18 oktyabr 2019-cu il tarixdə Xocavənd Rayon Qaradağlı kənd tam orta məktəbdəDövlət Müstəqilliyi Gününə həsr olunmuş “Müstəqilliyimiz əbədidir, daimidir, dönməzdir” mövzusunda toplantı keçirildi. Dövlət müstəqilliyinin qazanılmasının 28-ci ildönümünü qeyd etmək, müstəqil Azərbaycanın 28 il ərzində keçdiyi tarixi yol və digər mühüm məsələlər barədə yeniyetmə və gənclərin məlumatlılığını daha da artırmaq, gənclərin vətəndaşlıq və vətənpərvərlik tərbiyəsini gücləndirmək məqsədi ilə təşkil olunmuş toplantıda 93 nəfər iştirak edirdi. Tədbirdə Azərbaycan xalqının şanlı mübarizə tarixindən, müstəqilliyimizi əldə etdikdən sonra baş verən prosseslərdən, Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin müstəqilliyimizin qorunub saxlanması və möhkəmləndirilməsi naminə yürütdüyü məqsədyönlü siyasətdən, Heydər Əliyev siyasətinin layiqli davamçısı möhtərəm prezident İlham Əliyevin yorulmaz fəaliyyəti nəticəsində qazanılan uğurlardan bəhs edən çıxışlar səslənildi, Xocavənd Rayon İcra Hakimiyyəti və Xocavənd Rayon Gənclər və İdman İdarəsində könüllü fəaliyyətə cəlb olunmuş gənclərin fikirləri dinlənildi, şagirdlərin hazırladıqları şeirlərdən ibarət kompozisiya nümayiş olundu.