Şriftin ölçüsü :

Saytın rəngi :

Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin 90 illik yubileyinə həsr olunmuş məktəblilər arasında Şahmat üzrə rayon birinciliyi keçirilmişdir

10 may 2013 | 15:00

 Xocavənd Rayonu İcra Hakimiyyəti başçısının 01 fevral 2013-cü il tarixli  06 nömrəli  sərəncamı ilə təsdiq edilmiş “Tədbirlər planı”na uyğun olaraq 09 may 2013-cü il tarixdə Xocavənd qəsəbəsində  Xocavənd rayon Mədəniyyət evində Azərbaycan xalqının Ümummilli Lideri  Heydər Əliyevin  90 illik  yubileyinə həsr olunmuş məktəblilər arasında Şahmat üzrə rayon birinciliyi keçirilmişdir. Ümummilli lider Heydər Əliyevin anadan olmasının  90-cı ildönümünü qeyd etmək,  şahmatın  inkişafına və  kütləviliyinə nail olmaq, şahmatçıların ustalıqlarını artırmaq və təkmilləşdirmək, perspektivli şahmatçıları aşkar etmək məqsədi ilə keçirilən yarışda 43 idmançı iştirak etmişdir. Birinciliyin qalibləri diplomla təltif olunmuş, qiymətli xatirə hədiyyələrilə mükafatlandırılmışdır. 

Keçidlər