Şriftin ölçüsü :

Saytın rəngi :

"Xalqla Ordu əl-ələ" devizli tədbir keçirilib.

21 oktyabr 2019 | 16:00

         Azərbaycan Respublikasının Müdafiə Nazirliyi, Cəbrayıl Rayon İcra Hakimiyyəti və Azərbaycan Milli Kulinariya Mərkəzinin birgə təşkilatçılığı ilə Cocuq Mərcanlı kəndində 20 oktyabr - Beynəlxalq Kulinariya Günü münasibətilə “Xalqla Ordu əl-ələ” devizi altında kütləvi vətənpərvərlik bayramı keçirilib. Cəbrayıl, Füzuli, Beyləqan və Xocavənd rayonlarının tarixinin, folklorunun, etnoqrafiyasının, adət-ənənələrinin, milli mətbəxinin təqdim olunduğu guşələrdə əsl canlanma olub. Bölgənin müdafiəçiləri ilə ictimaiyyət nümayəndələri bir süfrə arxasında çörək kəsib, çay içib, cəbhəyanı bölgənin bağlarının payız barından tutulmuş meyvə xonçalarına heyran qalıblar.

Keçidlər