Şriftin ölçüsü :

Saytın rəngi :

Xocavənd Rayon İcra Hakimiyyətində könüllü fəaliyyətə qoşulan Süleymanova Nərminə Tahir qızı Xocavənd Rayon İcra Hakimiyyətində Böyük məsləhətçi vəzifəsinə təyin olunub

25 oktyabr 2019 | 16:00

Xocavənd Rayon İcra Hakimiyyətində könüllü fəaliyyətə qoşulan Süleymanova Nərminə Tahir qızı Sosial İqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsində Böyük məsləhətçi vəzifəsinə təyin olunub. Süleymanova Nərminə Tahir qızı 30 iyul 1996-cı ildə Xocavənd rayon Tuğ kəndində anadan olmuşdur. 2002-ci ildə Beyləqan rayon Milabad kənd orta məktəbində məktəbində birinci sinfə getmiş, 2013 – cü ildəFüzuli rayon Qayıdış qəsəbə 6 nömrəli tam orta məktəbin XI sinfini bitirərək, Bakı Dövlət UniversitetininTətbiqi riyaziyyat və  kibernetika fakültəsinin Kompüter elmləri ixtisasına daxil olmuşdur. 2017-ci ildə universiteti bitirmiş və Bakı Dövlət UniversitetininTətbiqi riyaziyyat və  kibernetika fakültəsinin Riyaziyyat (Optimallaşdırma və optimal idarəetmə) ixtisası üzrə magistr pilləsinə daxil olmuş və 2019-cu ildə magistr pilləsini bitirmişdir. Xocavənd Rayon İcra Hakimiyyətinin başçısı Eyvaz Hüseynovun müvafiq əmrinə əsasən Süleymanova Nərminə Tahir qızı Rayon İcra Hakimiyyətinin Sosial İqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsində Böyük məsləhətçi vəzifəsinə təyin olunub.
          Qeyd edək ki, Nərminə Süleymanova  2019-cu ilin iyun-avqust aylarında Xocavənd Rayon İcra Hakimiyyətində könüllü fəaliyyətə qoşularaq sertifikat almışdır.

Keçidlər