“Ölkəmizi tanıyaq” devizi altında keçirilən maarifləndirici tur-aksiyaya start verilmişdir.
12 noyabr 2019-cu il tarixdə Rayon İcra Hakimiyyətində “Ölkəmizi tanıyaq” layihəsi çərçivəsində təşkil edilən tur-aksiyanın Xocavənd rayonundan olan iştirakçıları ilə görüş keçirilmişdir. Tədbirdə çıxış edən Rayon İcra Hakimiyyətinin başçısı Eyvaz Hüseynov “Ölkəmizi tanıyaq” tur-aksiyası haqında geniş məlumat vermişdir. Ölkə başçısı cənab İlham Əliyevin tapşırığı ilə ənənəvi olaraq keçirilən bu maarifləndirici layihənin əsas məqsədinin ölkə məktəblilərinin respublikamızın ərazisini yaxşı tanımaları, tarixi yerlərlə yaxından tanış olmaları, tətil günlərini səmərəli keçirmələri, digər rayon və şəhərlərdən olan həmyaşıdları ilə tanış olmaqları olduğunu qeyd etdi. E.Hüseynov “Ölkəmizi tanıyaq” layihəsinin gənc və yeniyetmələrin vətənpərvərlik tərbiyəsinin daha da yüksəldilməsində, dünyagörüşünün formalaşmasında mühüm rol oynayacağını qeyd etdi. Natiq gənclərimizə ölkəmizin tarixini, mədəniyyətini, adət-ənənələrini öyrətməklə yanaşı, Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə milli dövlət quruculuğu sahəsində görülmüş işlərlə, ölkə başçımız cənab İlham Əliyevin həyata keçirdiyi dinamik sosial-iqtisadi inkişafla hər bir şəhər və rayonun nümunəsində tanış olmaq imkanı yaradacağından bəhs etdi.
Tədbirdə çıxış edənlər vurğulamışdır ki, möhtərəm Prezidentimiz cənab İlham Əliyevin təşəbbüsü ilə reallaşan və hər kəs tərəfindən bəyənilən "Ölkəmizi tanıyaq" layihəsi gənclərin vətənpərvərlik tərbiyəsinin daha da yüksəldilməsində, dünya görüşünün formalaşdırılmasında mühüm rol oynayır. Bu aksiya ölkəmizin tarixinin, mədəniyyətinin, adət-ənənələrinin, müstəqillik illərində əldə edilmiş naliyyətlərin dərindən öyrənilməsində, tədrisdə əldə edilən nəzəri biliklərin möhkəmləndirilməsində mühüm amillərdan biri olacaq və səfərin xoş təəssüratları şagirdlərin mənəvi zənginliyini daha da artıracaqdır. Valideynlər və şagirdlər də yaradılan şəraitə görə Cənab Prezidentə öz minnətdarlıqlarını bildirmişlər.