Şriftin ölçüsü :

Saytın rəngi :

Ümummilli Lider Heydər Əliyevin-90 illik yubileyi münasibətilə təntənəli bayram şənliyi keçirilmişdir.

11 may 2013 | 15:00

10 may 2013-cü il tarixdə Xocavənd qəsəbəsi, Rayon Mədəniyyət Evində Xocavənd Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Ümummilli Lider Heydər Əliyevin-90 illik yubileyi münasibətilə təntənəli bayram şənliyi keçirilmişdir. Tədbir iştirakçıları ilk öncə Ryon İcra Hakimiyyətinin inzibati binası qarşısında ucaldılmış Ümummmilli Liderin abidəsi önünə tər gül dəstələri qoymuşlar. Sonra tədbir Rayon Mədləniyyət Evində Azəbaycan Respubliikasının Dövlət himninin səsləndirilməsi ilə açıq elan olunmuşdur. Tədbirdə ilk olaraq Xocavənd Rayon İcra Hakimiyyəti tərəfindən hazırlanmış Ümummilli Lider Heydər Əliyevin həyat və fəaliyyətini əks etdirən sənədli filmə baxış keçirilmişdir. Tədbirdə çıxış edən Salakətin kənd tam orta məktəbinin tarix müəllimi Telli Alıyeva Ümummilli Liderin keçdiyi şərəfli ömür yolundan geniş söhbət açmışdır. Telli Alıyeva XX əsrdə ulu tanrının Azərbaycan xalqına bəxş etdiyi dahi şəxsiyyətin türk dünyası qarşısında əvəzsiz xidmətləri barədə iştirakçlara ətraflı məlumat vermişdir. Tədbirdə çıxış edən Salakətin kənd tam orta məktəbinin ədəbiyyat müəllimi, “Xocavənd” ictimai-siyasi qəzetinin baş redaktoru Gültəkin Ağayeva “Gül bayramı” münasibətilə tədbir iştirakçılarını təbrik etdi. O, Ümummilli Lider Heydər Əliyevin Azərbaycan dilinin, ədəbiyyatının inkişafına yaratdığı şərait, Sovetlər dönəmində Dağlıq Qarabağa Şuşa şəhərinə etdiyi səfərlər barədə ətraflı məlumat verdi. Sonda Gültəkin Ağayeva qeyd etdi ki, Ümummilli Liderin ən böyük arzusu Azərbaycanın ərazi bütövlüyünün təmin olunması, Dağlıq Qarabağda, Şuşada üç rəngli bayrağımızın yenidən dalğalanması olmuşdur. Çox təssüf ki, o bu missiyanı həyata keçirə bilmədi. Ancaq özünün dediyi kimi özü qədər inandığı oğlu Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyev bu arzunu yaxın zamanlarda gerçəkləşdirəcək və bununlada Heydər Əliyevin əziz ruhu bir daha şad olacaq. Tədbir Rayon Mədəniyyət və Turizm şöbəsi işçilərinin hazırladıqları ədəbi bədii kompazisyanın nümayişi ilə başa çatdı. 

Keçidlər