N saylı hərbi hissənin yubileyi münasibətilə tədbir keçirilib.
Tədbirdə çıxış edən başçı öncə tədbir iştirakçılarını salamlayaraq dövlətimizin çətin şanlı tarixi dövründən eləcə də ordu quruculuğundan söz açdı və Ümummilli liderimiz Heydər Əliyev xalqın təkidli tələbi ilə ikinci dəfə hakimiyyətə qayıtdıqdan sonra dövləti və dövlətçiliyi inkişaf etdirən islahatlara başladığını qısa müddət ərzində həyata keçirilən uğurlu islahatlar nəticəsində ölkəmizin həyatının bütün sahələrində, o cümlədən ordu quruculuğu istiqamətində dönüş yarandığını vurğuladı. Ulu Öndər 1993-cü il noyabrın 2-də radio və televiziyadakı çıxışında ölkədə yaranmış vəziyyətlə bağlı Azərbaycan xalqına tarixi müraciət etdi. Azərbaycan oğullarını ordu sıralarına, yurdumuzun müdafiəsinə səslədi. Qısa müddət ərzində yüzlərlə, minlərlə vətənpərvər gənc silaha sarılaraq torpaqlarımızın müdafiəsinə qalxdılar. Təcavüzkar Ermənistanın torpaqlarımızı işğal etməsinə yalnız Heydər Əliyevin Silahlı Qüvvələrin Ali Baş Komandanı kimi cəbhə bölgələrinə səfərlərindən, zabit və əsgərlərlə görüşündən sonra son qoyuldu. Onun cəbhə xəttinə gəlişi, çıxışları, dəyərli və qiymətli sözləri hərbçilərin qələbə əzmini daha da artırdı, döyüş ruhunu yüksəltdi.
Ümummilli Liderimizin layiqli davamçısı möhtərəm Prezidentimiz İlham Əliyevin rəhbərliyi altında başqa sahələrdə olduğu kimi, ordu quruculuğu istiqamətində də uğurlu islahatlar həyata keçirilir. Ordumuzun döyüş hazırlığının daha da artırılması ilə bağlı Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin verdiyi bütün əmr və tapşırıqlar daim diqqət mərkəzində saxlanılır və yüksək səviyyədə icra olunur. Rayonun başçısı günü-gündən gücünü, qüdrətini artıran ordumuz torpaqlarımızı erməni işğalçılarından azad etməyə hər an hazır olduğunu bildirdi.
Rəsmi hissədən sonra tədbir bədii hissə ilə davam etdi.