Şriftin ölçüsü :

Saytın rəngi :

Gül bayramı keçirilmişdir

11 may 2013 | 15:00

          10 may 2013-cü il tarixdə Xocavənd Rayon “Xocavənd” qəsəbəsində Salakətin kənd tam orta məktəbində Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin 90 illik yubileyini qeyd etmək, həmçinin 10 may “Gül bayramı”-nı keçirmək üçün şagirdlərin, müəllimlərin və RİH-nümayyəndələrinin iştirakı ilə tədbir keçirilmişdir. Tədbir iştirakçıları əvvəlcə Azərbaycan xalqının dahi oğlu, Ümummilli Lideri Heydər Əliyevin abidəsi önünə tər gül dəstləri qoymuşlar. Daha sonra Azərbaycan Respublikasının Dövlət Himninin səslənməsi ilə tədbir başlanmışdır. Çıxış edən Rayon İcra Hakimiyyəti başçısı cənab Eyvaz Hüseynov  Ümummilli Lideri Heydər Əliyevin həyat və fəaliyyəti, onun təhsil siyasəti barəsində ətraflı məlumat verdi. Daha sonra çıxış edən Salakətin kənd tam orta məktəbin direktoru Rəmziyyə Aslanova Ümummilli Liderin şərəfli həyat yolundan, onun 90-cı illərin  əvvələrindəki fəaliyyətindən danışdı. Tədbir Salakətin kənd tam orta məktəbin şagirdlərinin hazırladığı ədəbi-bədii kompozisyanın nümayişi ilə başa çatdı. 

Keçidlər