Şriftin ölçüsü :

Saytın rəngi :

Könüllü gənclər "Azərbaycan Könüllülük Həftəsi"nin ilk günü Salakətin kənd tam orta məktəbinin yuxarı sinif şagirdləri ilə görüş keçirdilər.

04 dekabr 2019 | 16:00

         Könüllü gənclər "Azərbaycan Könüllülük Həftəsi"nin ilk günü Salakətin kənd tam orta məktəbinin yuxarı sinif şagirdləri ilə görüş keçirdilər. Görüşdə Xocavənd Rayon İcra Hakimiyyəti aparatının könüllülərlə iş üzrə koordinatoru Nicat Şirinov məktəbli şagirdlərə Könüllü fəaliyyəti haqqında məlumat verdikdən sonra bu layihənin önəm və mahiyyətini eləcə də gənclərin bu layihədə peşə vərdişlərinə yiyələnmələri ilə bərabər təcrübi biliklərin inkişafı baxımından çox mühüm əhəmiyyət kəsb etdiyini bildirdi.
        Bugün "Könüllülük hərəkatı"nın geniş kütləyə sahib olduğunu vurğulayan N.Şirinov dövlətin həyata keçirdiyi bu kimi dövlət proqramları gənclərin innovativ inkişafına təkan verdiyini və gənclərin potensialının üzə çıxarılması baxımından çox böyük önəm daşıdığını bildirdi.
         Daha sonra bu layihədə iştirak edən gənclər "Könüllülük hərəkatın"ı öz fikirləri ilə məktəbli şagirdlərə çatdırdılar. Bu layihənin onların karyeralarında çox mühüm addım olduğunu bildirən könüllülər rayonumuzun bu kimi layihələrdə daim gənclərə dəstək verməklərini, eləcə də gənclərin bu layihəyə təşviq etmək baxımından həyata keçirtdiyi tədbirləri yüksək qiymətləndirdiklərini bildirdilər. Məktəbli şagirdlərə öz tövsiyələrini verən gənclər inkişaf baxımından gələcəkdə bu kimi layihələrdə fəal iştirak etməklərini və ölkəmizə layiqli bir gənc olmaqlarını bildirdilər.

 

 

Keçidlər