Şriftin ölçüsü :

Saytın rəngi :

“Heydər Əliyev və Azərbaycan gəncliyi” mövzusunda tədbir keçirilmişdir.

18 aprel 2013 | 15:00

Xocavənd Rayon Icra Hakimiyy’tinin təşkilatçılığı ilə Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin 90 illik yubileyini qeyd etmək, Azərbaycan dövlətini və millətini zamanın ən çətin sınaqlarından çıxarmış Heydər Əliyevin gənclərlə iş sahəsində həyata keçirdiyi böyük işlər barədə gənclərin məlumatlılığını daha da artırmaq məqsədi ilə 17 aprel 2013-cü il tarixdə Xocavənd rayon Mədəniyyət evində “Heydər Əliyev və Azərbaycan gəncliyi” mövzusunda dəyirmi masa keçirilmişdir. 76 nəfərin qatıldığı tədbirdə Ümummilli liderin əziz xatirəsi anıldı, onun keçdiyi şərəfli həyat yolundan, gənclərlə iş sahəsində yürütdüyü siyasətdən bəhs edən nitqlər söylənildi.

Keçidlər