Şriftin ölçüsü :

Saytın rəngi :

Norveç Qaçqınlar Şurasının Monitorinq Mərkəzinin nümayəndələrinin Xocavənd rayonuna səfər etmişdilər.

17 may 2013 | 15:00

16 may 2013-cü il tarixdə Norveç Qaçqınlar Şurasının Daxili Köçürülmə üzrə Monitorinq Mərkəzinin Yaxın Şərq, Avropa, Qafqaz və Asiya İdarəsinin rəhbəri Frank Smit və Monitorinq Mərkəzinin Avropa və Mərkəzi Asiya üzrə tədqiqatçısı Nadine Valikin Xocavənd rayonuna səfər etmişdirlər. Səfərdə məqsəd Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi, Ermənistanın hərbi təcavüzü nəticəsində ölkəmizdə olan bir milyondan artıq qaçqın və məcburi köçkünlərin sosial vəziyyəti barədə ətraflı məlumat almaqdır. Qonaqlar ilk öncə Rayon İcra Hakimiyyətində olmuş, başçı cənab Eyvaz Hüseynov tərəfindən qəbul edilmişdirlər. Başçı tərəfindən qonaqlara Dağlıq Qarabağın tarixi, münaqişənin səbəbləri və Xocavənd rayonuna dəymiş zərər barədə ətraflı məlumat verilmişdir. Daha sonra qonaqlar Salakətin kənd tam orta məktəbində şagirdlərlə görüşmüşdür. Şagirdlər ilə aparılan müzakirələrdə bir daha nümayəndə heyyətinin diqqətinə çatdırılmışdır ki, Azərbaycan Respublikası öz imkanları hesabına münaqişə nəticəsində zərər çəkmiş vətandaşların həyat şəraitini bərpa etmişdir. Ancaq qeyd edildi ki, qaçqıın və məcburi köpçkünlərin yeganə istəyi haqq-ədalətin bərpası onların doğma yurd-yubalarına qayıtmasıdır. Rayon ictimayəti ilə görüş zamanı yaşlı nəslin nümayəndələri işğal altında olan torpaqlarda dəfn olunmuş qohum, qardaşlarının qəbirlərini ziyarət etmək, o yerlərə hansı ki, gənclikləri orada keçib, o torpaqlar ata-babalarından onlara miras qalıb ora qayıtmaqdan başqa istəklərinin olmadıqlarını bildirmişlər. Daha sonra qonaqlar Rayonda yaradılmış şəraitlə maraqlanmış, Mərkəzi Rayon Xəstəxanasında, Kuropatkin kənd uşaq bağçasında və Rayon Mədəniyət Evində olmuş, burada yaradılmış şəraitdən məmnun qalmışlar.

Keçidlər