Şriftin ölçüsü :

Saytın rəngi :

"20 Yanvar faciəsi uşaqların gözü ilə" adlı tədbir keçirilmişdir

17 yanvar 2020 | 16:00

        Tədbirdə Xocavənd Rayon İcra Hakimiyyəti başçısının müavini Əfsanə Quliyeva da iştirak etmişdir. Anım mərasimində hadisənin tarixinə nəzər salınıb. Bildirilib ki, “20 Yanvar” hadisəsi xalqımızın yaddaşına qanlı faciə kimi daxil olub. Bütövlükdə isə bu faciə milli tariximizin ən şanlı səhifələrindən birini təşkil edir. Bu hadisə milli azadlıq və ərazi bütövlüyü uğrunda mübarizəyə qalxmış dinc əhalinin kütləvi qəhrəmanlığıdır. 

        Tədbirdəi uşaq bağçasının fidanları faciəyə həsr edilən şeirlər söyləyib, vətənpərvərlik ruhunda mahnılar ifa ediblər. Uşaqlar hazırladıqları səhnəcikdə qanlı gecənin dəhşətlərini nümayiş etdirməyə çalışıblar.

Keçidlər