Şriftin ölçüsü :

Saytın rəngi :

"Zəfərə gedən yol" devizli rəsm sərgisi keçirilmişdir.

18 yanvar 2020 | 16:00

         17 yanvar 2020-ci il tarixdə Salakətin kənd tam orta məktəbində 20 Yanvar faciəsinin otuzuncu ildönümünə həsr olunmuş rəsm sərgisi keçirilmişdir. Tədbirdə Xocavənd Rayon İcra Hakimiyyəti başçısının müavini Əfsanə Quliyeva da iştirak etmişdir. Dövlət himninin səslənməsi ilə başlanan tədbirdə 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə Sovet ordusunun Azərbaycanda həyata keçirdiyi qətliam nəticəsində həlak olan şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Məktəbin tarix müəllimi Telli Alıyeva 20 Yanvar faciəsinin tarixi aspektləri haqqında danışıb, bu hadisənin Azərbaycan tarixində mühüm yer tutduğunu bildirib. Natiq 30 il öncə Azərbaycan xalqının taleyində faciəli günlər yaşandığını, qırmızı imperiyanın "Qızıl ordusu" tərəfindən günahsız insanların gülləbaran edildiyini tədbir iştirakçılarının diqqətinə çatdırıb. Daha sonra məktəbin IIIb sinif şagirdlərinin hazırladıqları slayd və şeir kompozisiyası təqdim olunmuşdur. Rayonun ümumtəhsil müəssisələrinin ibtidai sinif şagirdlərinin çəkdikləri 20 Yanvar hadisələrini əks etdirən rəsmlərə baxış keçirilmiş, fəal iştirakçılar diplomla təltif edilmişlər. Tədbirdə rayon MKS tərəfindən qanlı hadisələrə həsr olunmuş kitablar da nümayiş olunmuşdur.

Keçidlər