20 Yanvar Faciəsi qurbanlarının xatirəsi yad edilib.
20 yanvar 2020 | 16:00
Faciənin 30-cu ildönümü ilə əlaqədar Xocavənd Rayon İcra Hakimiyyəti başçısının Sərəncamı ilə təsdiq edilmiş tədbirlər planına uyğun olaraq rayonun idarə, müəssisə və təşkilatlarında anım tədbirləri keçirilib, faciə qurbanları yad edilib.
Yanvarın 20-də hüquq-mühafizə orqanları, rayon ictimaiyyəti, ağsaqqallar, gənclər, ziyalılar, əmək kollektivlərinin nümayəndələri, əsgərlər Yeni Xocavənd qəsəbəsindəki abidə kompleksi önünə tər çiçəklər düzüb, Azərbaycanın suverenliyi və ərazi bütövlüyü uğrunda canından keçmiş Vətən övladlarının xatirəsinə ehtiramlarını bildiriblər.