“8 Noyabr – Tariximizin şanlı Zəfər salnaməsi” mövzusunda dəyirmi masa keçirilib
05 noyabr 2026 | 09:11
“8 Noyabr – Tariximizin şanlı Zəfər salnaməsi” mövzusunda dəyirmi masa keçirilib.
05 noyabr 2026-cı il tarixində 500 ailəlik Xocavənd qəsəbəsində fəaliyyət göstərən Xaçınabad 2 saylı tam orta ümumtəhsil məktəbində “8 Noyabr – Tariximizin şanlı Zəfər salnaməsi” mövzusunda dəyirmi masa keçirilib. Tədbirdə Xocavənd Rayon İcra Hakimiyyəti Başçısı Aparatının Müharibə iştirakçıları və şəhid ailələri ilə işin təşkili sektorunun müdiri Şaiq Aslanov , şəhid ailələri, məktəbin müəllim və şagird kollektivi iştirak edib. Tədbirin əsas məqsədi 8 Noyabr – Zəfər Gününün tarixi əhəmiyyətini, Azərbaycan xalqının qəhrəmanlıq salnaməsini, Vətən müharibəsində əldə olunmuş möhtəşəm qələbənin mahiyyətini şagirdlərə çatdırmaq, gənc nəslin vətənpərvərlik ruhunda tərbiyəsinə töhfə vermək olub. Dəyirmi masa zamanı çıxış edənlər 44 günlük Vətən müharibəsində Azərbaycan Ordusunun göstərdiyi qəhrəmanlıq və şücaətdən, xalqımızın nümayiş etdirdiyi birlik və həmrəylikdən, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qazanılmış tarixi Zəfərin əhəmiyyətindən bəhs ediblər. Qeyd olunub ki, 8 Noyabr – Zəfər Günü Azərbaycan tarixinin ən şanlı səhifələrindən biridir. Bu möhtəşəm Qələbə xalqımızın milli iradəsinin, dövlətimizin qüdrətinin və ordumuzun döyüş qabiliyyətinin parlaq təzahürüdür. Vətən uğrunda canlarından keçərək şəhidlik zirvəsinə ucalan qəhrəmanlarımızın əziz xatirəsi ehtiramla yad edilib, qazilərimizin fədakarlığı xüsusi vurğulanıb. Tədbirdə, həmçinin Zəfər tarixinin gələcək nəsillərə çatdırılmasının, tarixi həqiqətlərin təbliğinin, gənclərdə milli qürur və vətənpərvərlik hisslərinin gücləndirilməsinin vacibliyi diqqətə çatdırılıb. Dəyirmi masa qarşılıqlı fikir mübadiləsi və müzakirələrlə davam edib.
Zəfərimiz əbədi, Azərbaycanımız daim qalib olsun!






