Şriftin ölçüsü :

Saytın rəngi :

8 Noyabr Zəfər Günü ilə bağlı konsert proqramı keçirilib.

08 noyabr 2023 | 11:29
  8 Noyabr Zəfər Günü ilə bağlı konsert proqramı keçirilib.
  Xocavənd rayonunda 8 Noyabr Zəfər Günü ilə bağlı konsert proqramı keçirilib.
  Tədbirdə Xocavənd Rayon İcra Hakimiyyətinin başçısı cənab Eyvaz Hüseynov , RİHB aparatının məsul işçiləri, hüquq-mühafizə orqanlarının rəhbərləri, şəhid ailələri, müharibə əlilləri və iştirakçıları, ərazi nümayəndələri, idarə, müəssisə və təşkilatların əmək kollektivi, ağsaqqallar, ziyalılar, ictimaiyyətin və gənclərin nümayəndələri iştirak edib.
  Rayonumuzun tanınmış mədəniyyət və incəsənət xadimlərinin iştirakı ilə keçirilən bayram konserti xocavəndlilər tərəfindən böyük coşqu ilə qarşılanıb. Sonadək izdihamla müşayiət olunan konsert proqramında Ulu Öndərə, Vətənə, Qarabağa ithaf olunmuş musiqi əsərləri ifa olunub, muğam və xalq mahnıları, tamaşaçıların sevdikləri nəğmələr onlara ərməğan olunub.
  N saylı hərbi hissənin əsgərlərinin rəqsləri maraqla qarşılanıb.
Keçidlər