Şriftin ölçüsü :

Saytın rəngi :

8 noyabr Zəfər Günü ilə əlaqədar məktəblilərin Heydər Əliyev Mərkəzinə ekskursiyası təşkil edilmişdir.

03 noyabr 2023 | 12:14
   8 noyabr Zəfər Günü ilə əlaqədar məktəblilərin Heydər Əliyev Mərkəzinə ekskursiyası təşkil edilmişdir.
  02 noyabr 2023-cü il tarixdə Xocavənd Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə rayon orta ümumtəhsil məktəbləri şagirdlərinin Beyləqan rayonu ərazisində yerləşən Heydər Əliyev Mərkəzinə ekskursiyası təşkil edilmişdir. Şagirdlərin iştirakı ilə təşkil edilən ekskursiya ulu öndər Heydər Əliyevin irsinin öyrənilməsi, yeni nəslin milli-mənəvi dəyərlər və ənənələrə bağlı ruhda böyüməsi, Azərbaycan və dünya tarixi, mədəni və elmi-texniki tərəqqi barədə biliklərinin artırılması məqsədilə təşkil olunmuşdur. Mərkəzin əməkdaşları iştirakçılara qeyri-adi, orijinal quruluşa malik olan bina haqqında məlumat veriblər. Bildirilib ki, Mərkəzdə ümummilli lider Heydər Əliyevin həyat və fəaliyyətinin bütün dövrlərini əhatə edən fotoarxiv, eləcə də müxtəlif eksponatlar nümayiş etdirilir. Mərkəzdə həmçinin Azərbaycan tarixini özündə əks etdirən elektron xəritə şagirdlərə təqdim edilmişdir. İştirakçılar Heydər Əliyev Mərkəzində nümayiş etdirilən elektron xəritə, eyni zamanda fotoqaleriya vasitəsilə qədim tarixə, mədəniyyətə, ədəbiyyata, adət-ənənələrə sahib olan ölkəmiz haqqında maraqlı məlumatlar əldə ediblər. Sonra Mərkəzin akt zalında Zəfər Günü haqqında çəkilmiş sənədli film nümayiş etdirilmişdir.
Keçidlər