Şriftin ölçüsü :

Saytın rəngi :

8 noyabr Zəfər Gününə həsr olunan “Ata vəsiyyəti və inamlı Zəfər” mövzusunda rəsmi tədbir keçirilib.

08 noyabr 2023 | 11:32
   8 noyabr Zəfər Gününə həsr olunan “Ata vəsiyyəti və inamlı Zəfər” mövzusunda rəsmi tədbir keçirilib.
  08 noyabr 2023-cü il tarixdə Xocavənd Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə 8 noyabr Zəfər Gününə həsr olunan “Ata vəsiyyəti və inamlı Zəfər” mövzusunda rəsmi tədbir keçirilib. Tədbirdə rayon rəhbərliyi, idarə və müəssisələrin kollektivləri, hüquq-mühafizə orqanlarının rəhbərləri , şəhid ailələri, qazilər, gənclər, hərbi hissənin zabit və əsgərləri iştirak ediblər. keçirilən tədbirdə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. Ulu öndər Heydər Əliyevin və şəhidlərimizin əziz xatirələri bir dəqiqəlik sükutla yad edilib.
  Tarixi gün münasibətilə tədbir iştirakçılarını təbrik edən Xocavənd Rayon İcra Hakimiyyətinin başçısı Eyvaz Hüseynov çıxışında təməli Ulu öndər Heydər Əliyev tərəfindən qoyulan ordu quruculuğu strategiyasının Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini vurğulayıb. Bildirib ki, 2020-ci il noyabrın 8-də Şəhidlər xiyabanından vətən qibləmiz Şuşanın azadlığını xalqımıza Müzəffər Ali Baş Komandan olaraq müjdələyən İlham Əliyev deyirdi: "...Xoşbəxt adamam ki, ata vəsiyyətini yerinə yetirdim. Şuşanı azad etdik! Bu, böyük Qələbədir! Şəhidlərimizin, Ulu Öndərin ruhu şaddır bu gün!.."
  Bu sözlər bir oğul olaraq onun ata vəsiyyətini layiqincə yerinə yetirməsindən doğan xoşbəxtliyinin parlaq təcəssümü idi...
  Bu, həm də "İnanıram ki, mənim axıra çatdıra bilmədiyim taleyüklü məsələləri, planları, işləri İlham Əliyev başa çatdıra biləcək. Mən Ona Özüm qədər inanıram və gələcəyinə böyük ümidlər bəsləyirəm", - deyə xalqa tarixi müraciətində Ulu Öndər Heydər Əliyevin Azərbaycanın gələcəyini etibar etdiyi siyasi davamçısı İlham Əliyevin böyük əzm, qətiyyət, iradə ilə ölkəmizi Ümummilli Liderin arzularındakı zirvəyə ucaltmasından duyduğu qürurunun bariz nümunəsi idi. Başçı bildirdi ki, 30 ilə yaxın bir müddətdə beynəlxalq təşkilatların və dünyanını aparıcı dövlətlərinin edə bilmədiyini Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyev və yenilməz Azərbaycan Ordusu, qəhrəman oğullarımız cəmi 44 gün davam edən Vətən müharibəsində etdi, öz gücünü bütün dünyaya göstərdi.
  Başçı həmçinin bildirib ki, Zəfər Günü Azərbaycan tarixinin qəhrəmanlıq salnaməsidir. Vətən müharibəsi başlayan ilk gündən “bizi heç kəs dayandıra bilməz”, – deyən Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyev təkcə hərb meydanında deyil, informasiya cəbhəsində, diplomatiya müstəvisində də mübarizə apardı və hər üç savaşda qalib gəldi. Bütün parametrlərə baxdıqda, birmənalı demək olar ki, Azərbaycanın son 200 illik tarixində buna bənzər Qələbə olmayıb.
  Tədbirdə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Xocavənd rayon bölməsinin rəisi Bəxtiyar Hümbətov, Şəhid atası Eyvaz Tağıyev, qazi Vüqar Səfərov, N saylı hərbi hissənin mayoru Etibar Hüseynov çıxış edərək Ulu öndər Heydər Əliyevin siyasətini uğurla davam etdirən cənab Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında “Dəmir Yumruq” əməliyyatının başlanmasından, 44 gün davam edən Vətən Müharibəsində Azərbaycan əsgərlərinin qəhrəmanlığı, mərdliyi, şücaəti nəticəsində erməni ordusunun darmadağın edilməsindən və müzəffər ordumuzun tətbiq etdiyi döyüş strategiyasının müasir hərb tarixinə qızıl həriflərlə yazılmasından bəhs etmişlər.
Keçidlər