Şriftin ölçüsü :

Saytın rəngi :

8 Noyabr Zəfər Gününə həsr olunan “Dəmir Yumruq” adlı şahmat yarışı keçirilib.

03 noyabr 2023 | 11:24
  8 Noyabr Zəfər Gününə həsr olunan “Dəmir Yumruq” adlı şahmat yarışı keçirilib.
  3 noyabr 2023-cü il tarixdə Xocavənd Rayon İcra Hakimiyyəti, Qarabağ Regional Gənclər və İdman İdarəsinin Xocavənd rayon sektoru və Uşaq Gənclər İdman-Şahmat məktəbinin birgə təşkilatçılığı ilə “Zəfər Günü”nə həsr olunan “Dəmir Yumruq” adlı şahmat yarışı keçirilib.
  Əvvəlcə tədbir iştirakçıları torpaqlarımızın azadlığı uğrunda canlarından keçmiş şəhidlərimizin ruhunu bir dəqiqəlik sükutla yad ediblər. Tədbirdə iştirak edən Rayon İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini Nicat Şirinov gənc şahmatçıları salamlayıb, onlara Azərbaycanın zəfər tarixindən, əldə etdiyi nailiyyətlər və ölkəmizdə şahmatın inkişafı barədə məlumat verib.
  Gərgin mübarizə şəraitində keçən yarışın qaliblərinə müvafiq diplomlar təqdim olunmuşdur.
Keçidlər