Şriftin ölçüsü :

Saytın rəngi :

“8 Noyabr-Zəfər Günü”nə həsr olunmuş Vətən müharibəsi qaziləri və veteranları ilə yeniyetmə və gənclərin görüşü keçirildi.

05 noyabr 2022 | 11:03
  5 noyabr 2022-ci il tarixdə Beyləqan rayonu ərazisində salınmış 146 ailəlik məcburi köçkün qəsəbəsində “8 Noyabr-Zəfər Günü”nə həsr olunmuş Vətən müharibəsi qaziləri və veteranları ilə yeniyetmə və gənclərin görüşü keçirildi.
  “Zəfər Günü”nü qazi və veteranlarımızın iştirakı ilə qeyd etmək, 44 günlük Vətən müharibəsində şücaət göstərmiş döyüşçüləri yeniyetmə və gənclər arasında tanıtmaq, dövlətin gənclərlə iş sahəsində yürütdüyü siyasət, Azərbaycan gəncliyinin tərəqqisi, gələcəkdə daha firavan yaşaması məqsədi ilə həyata keçirilən məqsədyönlü işlər barədə gənclərin məlumatlılığını daha da artırmaq, ərazi bütövlüyümüz uğrunda apardığımız haqq savaşında şücaəti ilə seçilən hərbçilərə, Vətən müharibəsi qazilərinə və veteranlara ehtiram göstərmək, onların keçdiyi şərəfli döyüş yolunu yeni nəslə nümunə göstərərək gənclərin vətəndaşlıq və vətənpərvərlik tərbiyəsini gücləndirmək məqsədi ilə keçirilən görüşdə 52 nəfər iştirak etmişdir.
  Tədbirdə çıxış edən Xocavənd Rayon İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini N. Şirinov,Xocavənd Rayon Gənclər və İdman İdarəsinin rəisi A. Quliyev, Xocavənd rayon Qaradağlı kənd tam orta məktəbin direktoru Z. Tahirova, Vətən müharibəsi veteranları və qaziləri, Azərbaycanın 44 gün davam edən Vətən müharibəsində tarixi zəfər qazanması, qəhrəman əsgər və zabitlərimizin, şəhidlərimizin qanı və canı bahasına torpaqlarımızın işğaldan azad edilməsi, ulu əcdadlarımızın zəngin dövlətçilik və hərb tarixindən ilhamlanan Azərbaycan xalqının daha bir şanlı qəhrəmanlıq salnaməsi yazaraq özünün qalib xalq olduğunu bütün dünyaya sübut etməsi və digər məsələlər barədə fikirlər söylədilər. Qeyd etdilər ki, Azərbaycan Silahlı Qüvvələrinin Ali Baş komandanı cənab İlham Əliyevin qətiyyəti, düşünülmüş addımları, dəmir iradəsi bu qələbəni gerçəkləşdirdi. 44 gün davam edən Vətən müharibəsi Azərbaycan gəncliyinin mahiyyətini ortaya qoydu. Həm ön cəbhədə, həm arxa cəbhədə, həm də informasiya məkanında savaşan gənclik nəyə qadir olduğunu göstərdi.
Keçidlər